Ukrayna hökuməti bu il ölkədə PUA istehsalına təxminən 1,1 milyard dollar vəsait ayırıb.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
“Hökumət öz növbəsində bu il 40 milyard qrivna (təxminən 1,1 milyard dollar) ayırıb ki, biz bu vəsaiti Ukraynanın dron istehsalçılarına yatırırıq”, - o bildirib.
O əlavə edib ki, ölkə hakimiyyəti Ukraynaya PUA ehtiyat hissələrinin idxalı üçün gömrük maneələrini aradan qaldırıb, onların istehsalçılarının mənfəət payını 25%-ə çatdırıb, həmçinin, dronlar üçün döyüş sursatlarının kütləvi istehsalına töhfə verən qərar qəbul edib:
“Hazırda PUA istehsalı ilə məşğul olan 40-dan çox Ukrayna şirkəti dövlətlə müqavilə bağlayıb və dron istehsalı on dəfə artıb”.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi