UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar” cərimələnib.
BUTA.TV xəbər verir ki, "Jelezniçar"ın I mərhələdə Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları klubun cərimələnməsinə səbəb olub.
UEFA Bosniya təmsilçisini 8000 avro məbləğində cərimələyib.
Qeyd edək ki, sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Daha 200-ə yaxın vətəndaşımız təxliyə edilir
- Ara məsafəsi saxlamayan sürücülərin törətdiyi qəzalar – Video
- Azərbaycan İrana humanitar yardım göndərdi
- Bu gün Yel çərşənbəsidir
- Ramazanın 20-ci günü: Dua, imsak və iftar vaxtı...
- İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto
- Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı - Video
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi