"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.
BUTA.TV xəbər verir ki, II təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək.
"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq.
Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu
23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu
- Qəbul imtahanına çətin suallar salınıb? - DİM
- Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
- FHN əhaliyə müraciət etdi - Video
- Müşfiq Abbasov azadlığa çıxdı
- Qızdırıcı partladı, üzərinə qaynar su dağıldı, öldü
- Baş nazir Milli Məclisdə hesabat verəcək
- MN-dən çağırış: Təşvişə düşməyin!
- “Azərsun Holdinq” Təmiz Dünya İB-yə dəstək verəcək