Niger hərbçiləri ölkə Prezidenti Məhəmməd Bazumun vəzifədən uzaqlaşdırıldığını, dövlətin sərhədlərinin isə bağlandığını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, hərbçilər dövlət televiziyasında çıxış ediblər:
“Onlar ölkədə ümummilli komendant saatı tətbiq ediblər. Əsgərlər həmçinin hansısa xarici müdaxiləyə qarşı xəbərdarlıq edib və devrilmiş hakimiyyətin sağ qalacağına zəmanət veriblər”.
Bildirilir ki, ölkədə kütləvi iğtişaşlar baş verib, bunu sosial şəbəkələrdə yayılan videolar da təsdiqləyir. Vəziyyət gərgin olaraq qalır və atışma davam edir. Nigerdə hərbçilər bütün qurumların işini dayandırıb.
Qeyd edək ki, ötən gün Niger Prezident Qvardiyasının bir qrup əsgərinin paytaxt Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanı blokadaya alıb, prezidenti isə girov götürdüyü bildirilmişdi.
- Qəbul imtahanına çətin suallar salınıb? - DİM
- Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
- FHN əhaliyə müraciət etdi - Video
- Müşfiq Abbasov azadlığa çıxdı
- Qızdırıcı partladı, üzərinə qaynar su dağıldı, öldü
- Baş nazir Milli Məclisdə hesabat verəcək
- MN-dən çağırış: Təşvişə düşməyin!
- “Azərsun Holdinq” Təmiz Dünya İB-yə dəstək verəcək