Gəncə şəhərinin Məshəti qəsəbəsində yağışdan sonra yollar gölməçəyə çevrilir.
BUTA.TV xəbər verir ki, bu barədə saytımıza Gəncə sakini məlumat verib.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat katibi Gülnar Rzayeva bildirib ki, hazırda Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur:
“Gəncə küçələrinin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. Məshəti qəsəbəsində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşdıqdan sonra asfalt işlərinin görülməsi həyata keçiriləcək”.
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı