Türk Hava Yolları pilotların kabinənin içindən şəkil çəkdirib sosial mediada paylaşmasını qadağan edib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə THY Uçuş Əməliyyatları İdarəsi dünən açıqlama yayıb. Bundan sonra pilotlar kokpitdə və ya xaricində foto və ya şəkillər çəkə və paylaşa bilməyəcəklər. Bundan əlavə, kabinədə səs yazısı da qadağaya daxil edilib.
Qadağanın səbəbi çəkilən və paylaşılan foto və ya görüntülərin zaman-zaman sosial mediada müzakirələrə səbəb olması olub. Digər tərəfdən, pilotlar uçuş zamanı onların diqqətini cəlb edən və ya bildirilməsi lazım olan xarici hadisə ilə qarşılaşdıqda bu təcrübə qadağan edilməyəcək.
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı