Cəmiyyət CHP-nin lideri və rəhbərliyinin dəyişməsini, rəhbərliyin cavan nəsildən olmasını istəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri, CHP-çi Əkrəm İmamoğlu Tvitter hesabında qeyd edib.
İmamoğlunun sözlərinə görə, CHP sədrinin dəyişilməsi üçün açılan sayta 1 milyondan çox insan daxil olub.
Onlardan 100 mindən çoxu isə rəy və təkliflərini yazıb.
O bildirib ki, gələn rəylərdə toplum aşağıdakı məsələləri irəli sürüb:
“Cəmiyyət ehtiyaclarına uyğun aydın bir baxış və siyasətin müəyyən edilməsini, demokratiya və dünyəvilik haqqında əhatəli bir anlayışın meydana gəlməsini gözləyir.
Cəmiyyət dəyişimi və yeniliyi qucaqlayan yeni partiya strukturu görmək istəyir. Gənclərin diqqətini çəkəcək strukturların təşviq edilməsini və gənclərin səlahiyyətlərinin artırılmasını tələb edir.
Bizdən özgüvənli bir siyasət yürütməyimizi və Atatürk prinsiplərinə sadiq bir münasibət önə çıxarmağımızı gözləyir”.
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto
- "Elmin" şadlıq sarayı fəaliyyətini dayandırdı - Video
- "Dövlət işçisi" adı ilə vətəndaşları aldadan qadın... - Foto
- Dünya qəbulu asanlaşdırır, DİM-in imtahanı isə... - Çağırış
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır