İrəvandan göndərilən 19 yük maşını “Laçın” postunun önündə gözləməyə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə İTV yeni videogörüntülər paylaşıb.
Qeyd edək ki, 400 ton (Ermənistan Baş naziri Nikol Paşinyan 360 ton olduğunu bildirir) “humanitar yardım” olduğu bildirilən yük Azərbaycanla razılaşdırılmadan və Bakının razılığı alınmadan, nümayişkaranə şəkildə Xankəndiyə göndərilib.
Azərbaycan isə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini və bunun Brüsseldə razılaşdırıldığını bildirərək, bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb.
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı