Baş nazir Əli Əsədov "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
BUTA.TV xəbər verir ki, qərara əsasən, müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdirilib.
Qərarla çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.
Digər bir dəyişikliklə isə uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.
- İran MQ-9-ları belə vurdu - Video
- ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan...
- Pensiya alanlara şad xəbər
- Bu agentlik AAYDA-da araşdırma aparır
- Sabah Bakıya yağış yağacaq
- Bəylər Eyyubov üçün özəl gün
- Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarıldı
- İlham Əliyev fərman imzaladı