Bakının “Neftçi” futbol klubu ABŞ-də Böyük Futbol Liqasında (MLS) təmsil olunan “Şarlott” klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Andre Bava Şinyaşiki heyətinə qatmağa hazırlaşır.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Braziliyadan əlavə Yaponiyanın pasportuna sahib olan Şinyaşiki artıq “ağ-qara”ların düşərgəsinə qoşulmaq üçün ilkin razılığını verib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi Braziliyanın San-Paulu şəhərində anadan olub. Şinyaşikinin valideyinlərindən biri yapondur.
O, 18 yaşında Denver Universitetində təhsil almaq üçün ABŞ-yə köçüb və burada peşəkar futbolla məşğul olmağa başlayıb.
Futbolçunun ilk peşəkar klubu “Kolorado Repidz” olub.
2022-ci ildə braziliyalı “Şarlott” klubuna transfer olub.
Futbolçu “Şarlott”un heyətində debüt matçında Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandasına qol vuraraq adından söz etdirə bilib.
Beləliklə, “Neftçi” Andre Bava Şinyaşikini transfer etməklə “ağ-qaralar”ın düşərgəsini tərk edərək “Partizan”a keçən braziliyalı Mateus Saldanyanın yerini doldurmuş olacaq.
- Cərimənin məcburi tutulması qaydası dəyişdi
- Həbs olunmağım gözümü açdı - Müşfiq Abbasov
- Nazir bu xanıma yüksək vəzifə verdi
- “City Garden Narimanov”dan faizsiz kreditlə 59,65 - 169,74 kv.m arası təkliflər
- Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto
- "Elmin" şadlıq sarayı fəaliyyətini dayandırdı - Video
- "Dövlət işçisi" adı ilə vətəndaşları aldadan qadın... - Foto