Rusiya-Afrika sammitinə gələn Qana, Burundi və Argentinadan olan 3 əcnəbi Sankt-Peterburqda qarət edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.
Qananın “Platon Gas Oil” şirkətinin Osey adlı meneceri polisə müraciətində bildirib ki, iyulun 29-da naməlum şəxs oteldəki otağından 100 min rubl ekvivaletində dollar və avrolarını oğurlayıb.
Argentina vətəndaşı olan sammit iştirakçısı da polisə 200 rubl ekvivaletində dollar və avrolarının oğurlandığını bildirib. Bundan başqa, qarətçi onun 5 ədəd bank kartını da götürüb.
Burundu vətəndaşının isə “Sansunq” markalı telefonu taksidə oğurlanıb.
Hər üç faktla bağlı istintaq aparılır.
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi
- Həbs olunmağım gözümü açdı - Müşfiq Abbasov
- Nazir bu xanıma yüksək vəzifə verdi
- “City Garden Narimanov”dan faizsiz kreditlə 59,65 - 169,74 kv.m arası təkliflər
- Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto