30 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib.
DİM-dən BUTA.TV-a bildirilib ki, hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanlarında yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.
XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı isə kompüterlər vasitəsilə elektron formada keçirilib və namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi
- Həbs olunmağım gözümü açdı - Müşfiq Abbasov
- Nazir bu xanıma yüksək vəzifə verdi
- “City Garden Narimanov”dan faizsiz kreditlə 59,65 - 169,74 kv.m arası təkliflər
- Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
- "Qarabağ" qəzetinin baş redaktoru vəfat etdi - Foto