İşıqforlar işləmir: BNA polisi suçladı - Foto

16:54 - 31 İyul 2023 - GÜNDƏM

 İşıqforlar işləmir: BNA polisi suçladı - Foto

Binəqədi rayonu Süleyman Sani Axundov-106 ünvanında olan işıqforlar bir həftədir işləmir.

BUTA.TV xəbər verir ki, işıqforların işləməməsi həm sürücülərin, həm də piyadaların həyatı üçün təhlükə yaradır.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu məsələyə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) baxır.

Lakin Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) açıqlamasında bildirdi ki, həmin ərazi onların tabeliyində deyil.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Yel çərşənbəsidir

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol