Erməni şair-yazıçı, rejissor və aktyor Samvel Beqlaryan ölüb.
BUTA.TV xəbər verir ki, erməni mediası onun uzun sürən xəstəlikdən sonra öldüyünü yazıb.
Beqlaryan 1950-ci ildə İrkutskda anadan olub. Azərbaycanlıların Ermənistandan ikinci deportasiyası zamanı – 1953-cü ildə ailəsi Ermənistana köçüb.
Birinci Qarabağ müharibəsi zamanı Beqlaryan azərbaycanlılara qarşı əlində silah vuruşub, komandir olub.
Daha sonra Dövlət Televiziya və Radio Komitəsində redaktor işləyib, Ermənistan Dövlət Etnoqrafiya Muzeyində baş elmi işçi olub. Ermənistan Yazıçılar Birliyinin Tavuş şöbəsinin katibi idi.
O, 2010-cu ildən sonra mövqeyini dəyişib, daha müharibə istəmədiyini, azərbaycanlıları düşmən kimi görməkdən yorulduğunu bildirirdi. 2014-cü ildə verdiyi açıqlamada isə Azərbaycanın Qarabağda ermənilərə yaşamaq izni verməsini qəbul etməli olduqlarını demişdi.
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi