Ukraynada nüvə silahından istifadə NATO-ya hücum olacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem bildirib.
"Ukraynada nüvə silahının tətbiqindən danışan rus dostlarıma: Başa düşməlisiniz ki, bu, NATO-nun özünə hücum olacaq", - senator vurğulayıb.
Qrehem öz fikrini Ukraynanın alyans ərazisinə yaxın olması ilə əlaqələndirib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev Rusiya ərazisinin bir hissəsinin qəsb ediləcəyi təqdirdə Moskvanın nüvə silahından istifadə etmək məcburiyyətində qalacağını bəyan edib.
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi