Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.
Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, "SOCAR Türkiyə" və "SOCAR Ukrayna" şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto
- Gəncənin Baş planı təsdiqləndi
- Cərimənin məcburi tutulması qaydası dəyişdi