Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib.
Dünyada və regionda geosiyasi vəziyyətin çox kəskin şəkildə dəyişdiyini söyləyən dövlətimizin başçısı deyib:
“Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm”.
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...
- Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq
- Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto