Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistikanı açıqlayıb.
Mərkəzdən BUTA.TV-a bildirilib ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulub. Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.
Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 mindən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...