Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
BUTA.TV xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...