Gürcüstanın paytaxtı Tiflisdəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücum olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd olunub ki, silahlı hücuma iş adamı etnik azərbaycanlı Roman İsayev məruz qalıb.
Xəstəxanaya çatdırılan iş adamının vəziyyəti ağır qiymətləndirilir. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilib.
Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.
Hadisə yerindən qaçan cinayətkarın axtarışı davam etdirilir.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...