Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı oynadıq, əsl kişilik göstərdik.
BUTA.TV xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFŞ komandasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
"Bir az həyəcan var idi. Bu da ilk avrokubok oyunu olması ilə bağlıdır. Çox vaxtımız yoxdur. İki gün sonra "Qəbələ" ilə matçımız var. Mövsümə yaxşı başladıq", - M.Musayev vurğulayıb.
Matçdan sonra RFŞ-nin baş məşqçisi Viktor Moroz "Sabah"ın meydana hesabı qorumaq üçün çıxdığını iddia edib. 40 yaşlı çalışdırıcı həmkarının fikirləri ilə razılaşmayıb: "Hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa çalışsaydıq, səhv olardı. Ötən mövsüm də ən az qol buraxan komandalardan idik".
Musayev III təsnifat mərhələsindəki rəqibləri olan Serbiya "Partizan"ı barədə fikir bildirməyin erkən olduğunu svurğulayıb: "İndi nəsə deyə bilmərəm. Hələ oyunlarına baxmamışam. Mərhələ adlamağa çalışacağıq".
Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları 10-17 avqustda keçiriləcək.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...