Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Avropa Birliyini (AB) Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh diplomatiyasını inkişaf etdirməyə çağırıb.
BUTA.TV xəbər verir ki, Papa Fransisk AB-nin münaqişələrin həlli istiqamətində səylərini artırmasının vacibliyini vurğulayıb.
“Dünyanın əsl Avropaya ehtiyacı var. Avropa Aralıq dənizi, Afrika və Yaxın Şərqdə körpü rolunu oynamalı və barışdırıcı funksiya yerinə yetirməlidir. Münaqişələrin həlli və gərginliyin azaldılması üçün dinc diplomatiya qurulmalıdır. Əgər siz dünyaya Ukraynadakı müharibəni və bu qədər qan tökülməsinə səbəb olan çoxsaylı münaqişələri dayandırmaq üçün sülh vasitələri təklif etmirsinizsə, hara doğru yol almaq istəyirsiniz? Silahlanmaya deyil, insan kapitalına sərmayə qoymaq lazımdır”, - Papa qeyd edib.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...