Rusiya İstintaq Komitəsinin mətbuat xidmətlərinə cinayətkarların və şübhəlilərin milliyyətini göstərmək qadağan edilib. Həmçinin miqrantlara qarşı reydlərin aktiv şəkildə işıqlandırılması da məhdudlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, əgər əvvəllər mətbuat işçiləri miqrantlar barəsində məlumat verərkən onların milliyyətini göstərirdilərsə, indi informasiyaların mətnində onlar sadəcə olaraq “şəxs” kimi qeyd olunacaqlar:
“Həm də “xarici vətəndaşlar” ifadəsi də yazılmayacaq. İstintaq Komitəsi indi miqrantlara qarşı reydləri fəal şəkildə işıqlandırmayacaq. Bu mövzuya qadağa qoyulub. Ancaq xəbərlər artıq mediada geniş yayılsa və şərh vermək mütləqdirsə, press-relizlərdə onlar sadəcə “şəxs” adlandırılacaqlar”.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...