Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
BUTA.TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir.
N.Mahmudovun sözlərinə görə, avqust ayı üçün sel hadisələrinin baş verməsi o qədər də səciyyəvi deyil:
“Son 10 ildə elə illər olub ki, avqust ayında sel qeydə alınmayıb, amma keçən il iki sel hadisəsi müşahidə olunub. Belə proseslər adətən daha çox aprel ayından iyun ayının sonunadək müşahidə edilir.
Eyni zamanda, şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır”.
- Bu rayonun 9 kəndində elektrik olmayacaq
- Aynur Camalqızı təhqirlərə görə onu məhkəməyə verdi
- Emin Əmrullayev yallı gedib, tonqaldan tullandı - Video
- Sabah 20 mindən çox abonent qazsız qalacaq
- Ramazanın 21-ci günü: Dua, imsak və iftar vaxtı
- Səfirlik İsraildə ölən azərbaycanlı ilə bağlı məlumat yaydı
- Qubanın 3 kəndinin adı dəyişdirilir
- Bacısı açıqladı: Qənirə Paşayevanın ölüm səbəbi...