Gürcüstan hakimiyyəti regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün səylərini davam etdirməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili sosial şəbəkə hesabında bildirib.
“Şadam ki, “Tiflis İpək Yolu Forumu” çərçivəsində Ermənistan və Azərbaycanın Baş nazirlərini qəbul etmək imkanım olub ki, biz Cənubi Qafqazın gələcəyi, irimiqyaslı regional layihələr, strateji layihələrin həyata keçirilməsi barədə birgə danışaq. Bu hamımızın ümumi maraqlarına cavab verir.
BMT tribunasından səsləndirdiyim dinc təşəbbüslər çərçivəsində ölkələrimizin rifahı naminə regionda sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində səylərimizi davam etdirməyə hazırıq", - İ.Qaribaşvili qeyd edib.
- 2 yaşlı uşaq faciəvi şəkildə öldü
- Bu yolda hərəkət iflic oldu - Video
- Sabah 30 dərəcə isti olacaq
- Akif İslamzadənin vəziyyəti necədir?
- Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü
- Ələtdə pəncərəni silən qadın yıxılıb öldü
- Rəqib azarkeşlərə hücum etdilər - Video
- Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı