Kreml Azərbaycan Hava Yolları təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı istintaqın ilkin nəticələrini şərh etməkdən imtina edib və istintaqın tamamlanmasını gözləməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qazaxıstan tərəfinin dərc etdiyi araşdırmanın ilk nəticələrini şərh etmək sualına o, belə cavab verib:
“Bu, ilkin hesabatdır. Təbii ki, aidiyyəti şöbələrimiz bunu çox böyük diqqətlə öyrənəcək. Prezident administrasiyası şərh verməyi mümkün hesab etmir”.
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...
- Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı...
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi