Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməstin İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan dilində məktub yazması barədə xəbər panfarsistlərin etirazına səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə sosial medianin İran seqmentində müzakirələr açılıb.
Millətçi farslar bunu ölkə qanunlarının pozulması və rəsmi dövlət dilinə qarşı saymazlıq kimi dəyərləndiriblər.
Bəhram Sərməst özü bu barədə açıqlama verməsə də, ona yaxın şəxslər və sosial media kanalları belə bir məktubun yazılmadığını bildiriblər.
Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən rəsmi danışıq və yazışmaların fars dilində aparılması vacib olsa da, qeyri-rəsmi danışıq vən yazışmaların qeyri-fars dillərində olması qadağan edilməyib.
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı