Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.
Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.
Numan Qurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq