Avropa Birliyinin Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, avropalı müşahidəçilər mayın 2-də Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.
Xatırladaq ki, Avropa Birliyinin Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.
Qeyd edək ki, Avropa Birliyinin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq