Aktauda baş verən təyyarə qəzası hər zaman Azərbaycan dövlətinin gündəliyində və prioritetindədir.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Rusiya ilə təmaslar zamanı bu məsələni hər zaman qaldırırıq:
"Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik", - deyə nazir əlavə edib.
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya