Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Bu barədə BUTA.TV-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Milli Məclisin sədri Numan Qurtulmuşu yenidən yüksək vəzifəyə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb. Məktubda bildirilir ki, qardaş xalqlarımızın ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz "Bir millət iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq müstəvisində dinamik şəkildə inkişaf edir.
Həmin gün parlamentin sədri Sahibə Qafarovanın Numan Qurtulmuşla telefon danışığı olub.
Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi
- Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
- TƏBİB: Körpənin peyvənddən sonra ölümü...
- DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar
- İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi
- İcra başçısı özünə yeni müavin təyin etdi - Foto
- Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi
- İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi