Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı

17:58 - 21 Fevral 2026 - GÜNDƏM

 Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs Zabrat qəsəbəsində yerləşən market, eləcə də üç evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları talayıb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddət müşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdən sonra mağaza və evləri talayıb.

Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı R.Poladov da saxlanılıb.

Faktlar üzrə araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol