Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq

11:36 - 23 Fevral 2026 - GÜNDƏM

 Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq

Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq.

BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara dəyişiklikləri imzalayıb.

Belə ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.

Beləliklə ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

Bu xəbər hal-hazırda çox oxunur
İranlı nazir Bakıya gəldi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol