İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi

15:34 - 23 Fevral 2026 - GÜNDƏM

 İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi

Naxçıvanda İTS sədri vəzifəsindən azad edilib, səlahiyyətləri müvəqqəti olaraq müavininə həvalə olunub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

Bu xəbər hal-hazırda çox oxunur
İranlı nazir Bakıya gəldi

Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol