Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır

20:44 - 23 Fevral 2026 - GÜNDƏM

 Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb fevralın 23-ü saat 23:00-dan fevral 25-i saat 20:00-dək ərazidə aparılacaq təmir işləridir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, bu müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bu xəbər hal-hazırda çox oxunur
Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol