Zabratda su xəttində qəza aradan qaldırıldı

18:20 - 24 Fevral 2026 - GÜNDƏM

 Zabratda su xəttində qəza aradan qaldırıldı

Bakının Sabunçu rayonu, Zabrat qəbəsindəki su xəttində qeydə alınmış qəza aradan qaldırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

Bəzi ərazilərdə əhali tərəfindən primitiv üsulla çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol