Sabirabadda 14 kq narkotik aşkarlandı, 25 yaşlı qadın tutuldu

09:22 - 5 Mart 2026 - KRİMİNAL

 Sabirabadda 14 kq narkotik aşkarlandı, 25 yaşlı qadın tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol