Yeni sədrdən tapşırıq: Qohumlar bir yerdə işləyə bilməyəcək

09:48 - 5 Mart 2026 - CƏMİYYƏT

 Yeni sədrdən tapşırıq: Qohumlar bir yerdə işləyə bilməyəcək

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) işçilərə yeni tələb qoyulub.

BUTA.TV Unikal-a istinadən xəbər verir ki, ASCO-nun yeni sədri Əfqan Cəlilovun tapşırığına əsasən, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyindəki müəssisələrdə yaxın qohumluğu olan iki nəfər işləyə bilməz.

Belə ki, eyni müəssisədə çalışan qohumlardan birinin işdən çıxması tələb olunur.

ASCO-dan bildirilib ki, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də (ASCO) korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir:

Bu xəbər hal-hazırda çox oxunur
Məmura mükafat verən "jurnalist" həbs olundu

"Bu çərçivədə daxili prosedurlar yenidən nəzərdən keçirilir və korporativ hüquq prinsipləri daxilində maraqların toqquşması hallarının aradan qaldırılması istiqamətində əməli fəaliyyət icra olunur. Əmək münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun olaraq tənzimlənir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol