Dünya qəbulu asanlaşdırır, DİM-in imtahanı isə... - Çağırış

13:42 - 10 Mart 2026 - GÜNDƏM

 Dünya qəbulu asanlaşdırır, DİM-in imtahanı isə... - Çağırış

Bir fənni çətinləşdirdikdə abituriyentə savad öyrətmiş sayılmırsınız, yaxud da kadr hazırlamırsınız. Sizin işiniz imtahan üçün sual tərtib etməkdir. Xahiş edirik, normal bir imtahan keçirin. 5-6 fəndən və 5-ci sinifdən 11-ci sinfə kimi bütün mövzuları əhatə edən qəbul imtahanı keçirirsiniz. Bu qədər fənn və mövzuya 11-ci sinif şagirdinin necə hazırlaşdığını bilirsinizmi?

BUTA.TV xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarının suallarını tərtib edən ekspert, bunker və müəllim heyətinə müraciətində yazıb.

“Səhərdən günortaya kimi orta məktəbdə olan, günorta yeməyini kortəbii yeyib, o hazırlıqdan bu hazırlığa qaçan, ağır çantası ilə axşama kimi müəllimlərin yanında 5-6 fəndən imtahana hazırlaşan, tapşırıqları metroda, avtobusda, küçədə yazan, gec saatlarda gəlib, yorğunluqla dərs oxumağa davam edən şagirdi nəzərə alaraq sual tərtib etmənizi xahiş edirik.

Sertifikasiya imtahanında öz fənni üzrə illərlə dərs keçən, lakin 1 fənn üzrə 50 faiz nəticə toplaya bilməyən müəllimi 5-6 fəndən hazırlaşan 11-ci sinif şagirdi ilə müqayisə edib sual tərtib edin!

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Yel çərşənbəsidir

Valideynin əziyyətlə qazandığı pulları övladının təhsilinə tökdüyünü, onun zəhmətini, qabarmış əllərini, müəllimlərin zəhmətini, uşaqların uşaq olduğunu, hətta gənclərin psixologiyasını nəzərə alaraq sual hazırlayın!

Universitetə qəbul imtahanlarını asanlaşdıran dünya dövlətlərini, boş qalan plan yerlərini, xarici ölkə universitetlərinə axın edən kütləni nəzərə alaraq, beynəlxalq təcrübəyə nəzər yetirərək sual tərtib edin!

Heç olmasa, fəryad edən təhsil müəssisələrinin, bəyənmədiyiniz təhsil ekspertlərinin tövsiyələrinə diqqət edərək sual tərtib edin!” - deyə ekspert bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol