Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto

17:40 - 10 Mart 2026 - GÜNDƏM

 Azərbaycanlı gənc Londonda fəxri mükafata layiq görüldü - Foto

Azərbaycanlı gənc lider Almaz Babayeva Londonda keçirilən “İstədiyimiz Gələcək” (Future We Want) Model Birləşmiş Millətlər Təşkilatı (MUN) konfransında iştirak edib və göstərdiyi yüksək fəallığa görə Fəxri Ad (Honorable Mention) sertifikatı ilə təltif olunub.

BUTA.TV xəbər verir ki, 5-8 mart 2026-cı il tarixlərində keçirilən tədbir gəncləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və qlobal problemlərin həllinə cəlb etməyi hədəfləyir.

Konfransda Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura və UNHCR/UNEA komitələri fəaliyyət göstərib.

Almaz Babayeva konfrans zamanı diplomatik müzakirələrdə aktiv iştirak edib, layihələrdə uğurlu çıxışlar göstərib və beynəlxalq səviyyədə tanınan bu mükafatı qazanıb. Sertifikat onun gənclərin SDG-lərə cəlb olunması və qlobal əməkdaşlıq sahəsindəki xidmətlərinə görə verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir bu xanıma yüksək vəzifə verdi

Bu mükafat, həmçinin onun konfrans zamanı nümayiş etdirdiyi yüksək hazırlıq, natiqlik qabiliyyəti və danışıqlar aparmaq bacarığının göstəricisidir.

Belə BMT Model konfranslarında iştirakçılar müxtəlif ölkələri təmsil edir, diplomatik debatlar aparır, qlobal problemləri müzakirə edir və qərar layihələri hazırlayırlar.

Bu uğur Almaz Babayevanın beynəlxalq diplomatiya və liderlik sahəsindəki potensialını təsdiqləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol