Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi Niyaməddin adlı şəxs törədib. Davaya səbəb tərəflər arasındakı borc məsələsi olub.
Dava zamanı G. Həmzəyevə məxsus VAZ 2106 markalı maşın da əzilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində təbirlər görülür.
- Xəzərdə zəlzələ oldu
- Xəzər çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Foto
- Tərtərdə ağır qəza: iki qardaş öldü
- Sabahın hava proqnozu açıqlandı
- Bu yolda sürət həddi endirildi – Xəbərdarlıq
- Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı
- Əflatun Amaşov qəzaya düşdü - Video
- Bakıda yağıntı intensivləşəcək – Xəbərdarlıq