Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.
DİN-in Mətbuat Xidmətindən Axa.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.
- Xəzərdə zəlzələ oldu
- Xəzər çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Foto
- Tərtərdə ağır qəza: iki qardaş öldü
- Sabahın hava proqnozu açıqlandı
- Bu yolda sürət həddi endirildi – Xəbərdarlıq
- Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı
- Əflatun Amaşov qəzaya düşdü - Video
- Bakıda yağıntı intensivləşəcək – Xəbərdarlıq