Zərdabda ağır qəza: ölən və yaralananlar var

10:48 - 25 Mart 2026 - GÜNDƏM

 Zərdabda ağır qəza: ölən və yaralananlar var

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Qəza zamanı maşında olan 2 nəfər ölüb, xəsarət alanların olduğu bildirilir. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Sabah bu yollar bağlanacaq

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol