Tərtərdə ağır qəza: iki qardaş öldü

13:30 - 25 Mart 2026 - GÜNDƏM

 Tərtərdə ağır qəza: iki qardaş öldü

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində iki qardaş - 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev həyatını itiriblər.

Qəzada 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Sabah bu yollar bağlanacaq

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol