"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, jurnalist Rəşad Baxşəliyev vəfat edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir neçə medalla təltif olunub.
- Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı
- Dünya səyyahları Laçında - Foto
- Bu əraziyə qar yağır
- Rəşad Baxşəliyev vəfat etdi
- Bu mənzillərə tələbat artıb: Səbəbi... - Video
- Dünya səyyahları Şuşa şəhərində...
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı
- Kamal Abdulla: ADU-nun nüfuzu sərhədləri aşır