Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı

11:02 - 27 Mart 2026 - GÜNDƏM

 Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə BUTA.TV-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 26-da qəsəbə ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol