Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb.
Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
- Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
- Elektron siqaretlərə dair dövlət standartı ləğv edildi
- Prezident onları təltif etdi
- Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
- Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
- Güclü yağış yağacaq, subasma olacaq - Xəbərdarlıq
- Baş idarədən əməliyyat: saxlanılanlar var - Video
- “e-Sosial” fəaliyyətini dayandırır