Gəncədə 27 yaşlı kişinin meyiti tapılıb.
BUTA.TV xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü V.Sadıqovun meyiti yaşadığı evdən aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
- NİİM bunun üçün 4 milyon xərcləyəcək
- DTX-də general-leytenantların sayı 3-ə çatdı
- Yol polisi xəbərdarlıq etdi
- Bu ərazilərə qar yağır
- Dəm qazından zəhərlənən altı uşaqdan biri öldü
- Sabah hava necə olacaq?
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- 68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq