Dövlət Təhlükəsizlik Xidmətində general-leytenant ali hərbi rütbəsini daşıyan vəzifəli şəxslərin sayı 3-ə çatıb.
BUTA.TV Gününsəsi.info-ya istinadla xəbər verir ki, DTX əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşlara ali hərbi rütbələr verib.
Onlar arasında DTX-nin İstintaq Baş İdarəsinin rəisi ədliyyə general-mayoru Həsən Mansurov da var.
Prezident sərəncamı ilə Həsən Mansurov ədliyyə general-leytenantı ali rütbəsinə layiq görülüb.
Qeyd edək ki, bu sərəncama qədər DTX-də iki ədliyyə general-leytenantı olub.
Onlar DTX rəisinin müavinləri Ceyhun Şadliniski və Şərafət Həsənovdur.
- Polis bu qadını axtarır - Foto
- Vüsal Nəsirli qaynını müşaviri təyin etdi
- Bakıda bu yolda sürət həddi endirildi
- Baş nazir leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verdi
- NİİM bunun üçün 4 milyon xərcləyəcək
- DTX-də general-leytenantların sayı 3-ə çatdı
- Yol polisi xəbərdarlıq etdi
- Bu ərazilərə qar yağır