Rəqib azarkeşlərə hücum etdilər - Video

12:15 - 11 May 2026 - GÜNDƏM

 Rəqib azarkeşlərə hücum etdilər - Video

Çexiya çempionatının çempionluq mərhələsində paytaxt Praqanın iki nəhəng klubu “Slaviya” və “Sparta” qarşıdurması kütləvi iğtişaşla nəticələnib.

BUTA.TV” xəbər verir ki, “Slaviya Praqa” əzəli rəqibi üzərində 3:2 hesablı qələbəni rəsmiləşdirməyə çox yaxın olduğu bir vaxtda, qarşılaşmanın 90+7-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri yaşıl meydana axışıblar.

Belə ki, coşmuş kütlə əllərindəki yanan məşəlləri rəqib komandanın tərəfdarlarının yerləşdiyi tribunaya fırladıblar.

Yaranan gərginlik və təhlükəsizlik problemləri səbəbindən hakim oyunu dayandırıb.

Bu xəbər hal-hazırda çox oxunur
Rayonlarda işsizlik artır, əhali Bakıya axışır

Qarşılaşma yarımçıq qalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol